Çində 5,5 bal gücündə zəlzələ baş verib.

"Sinxua” agentliyi verdiyi xəbərə görə, yeraltı təkanlar Sincan Uyğur Muxtar Rayonunda qeydə alınıb.
Çinin Sincan Uyğur Muxtar Rayonunda baş verən zəlzələ nəticəsində azı 180 bina tam və yaxud qismən dağılıb.
APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, son məlumatlara əsasən, təbii fəlakət nəticəsində 8 nəfər ölüb, azı 20 nəfər xəsarət alıb.
Yerli vaxtla saat 01:00-da qeydə alınan 5,5 ballıq zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.
.