Çində sərnişin avtobusu qəzaya uğrayıb.
AzNews.az xəbər verir ki, bu barədə Çinin Sinxua agentliyi məlumat yayıb. Hadisə nəticəsində 6 nəfər qəza yerində, 1 nəfər isə xəstəxanada dünyasını dəyişib.
Bundan əlavə ümumilikdə 18 nəfər xəsarət alıb. Qəzanın baş verdiyi yolda avtomobillərin hərəkəti bərpa edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.

.