Dünən "Space” televiziyasının "Günaydın” verilişində baş verən "cin çıxarma əməliyyatı” ölkə gündəminin müzakirə mövzusuna çevrilib.
"Qafqazinfo” xəbər verir ki, verilişdən sonra aparıcılar tamaşaçıların təzyiqi ilə qarşılaşıblar. Moderator.az saytının məlumatına görə, bu gün isə aparıcılar Ramal Hüseynov və Kəmalə Əzizqızı efirə çıxmaqdan imtina ediblər. Saat 13:30-da isə "Günaydın” verilişinin əvvəlki buraxılışlarından biri yayımlanıb.
Qeyd edək ki, " Günaydın” verilişi "Soy production” nın layihəsidir.
Məsələ ilə əlaqədar Soy Productionun rəhbəri Oqtay Əliyev "Qafqazinfo” ya açıqlama verib.
Oqtay Əliyev bildirib ki, aparıcılar və verilişlə bağlı heç bir problemimiz yoxdur: "Bizim aparıcılarla qısa müddətə müqaviləmiz var. Onlar çox peşəkar aparıcılardır. Biz istənilən bir işçini götürəndə onu əvvəlcə sınaq məqsədilə işə alırıq. Təcrübə müddəti bitəndən sonra biz qərar veriri ki, o insanlarla davam edirik ya yox. Yəni vəziyyət belədir".
Oktay Əliyev canlı efirdə cin çıxarmaq məsələsinə də münasibət bildirib:
"Mən sözün düzü nə cinə, nə də cin çıxartmağa inanıram. Bunlar mənim üçün göydəndüşmə bir şeylərdir. Buna inananlar var. Təbii ki biz də çalışıb verilişin sonluğunu belə bitirdik. Aparıcı sonda çox gözəl qeyd etdi ki, neçə illər keçsə də heyif ki hələ də verilişlərin sonunda Mirzə Cəlilə, Sabirə rəhmət oxuyuruq".
Moderator.az-ın məlumatına görə, onların efirə çıxmamağının səbəbi iki gün ard-arda canlı efirdə ekstrasens Həsən Həsrətlinin cin çıxarma şousu olub. Cəmiyyətin sərt təpkisini görən aparıcılar verlişə çıxmaqdan imtina ediblər. "Speys" rəhbərliyinin bu şouya görə ekstrsensdən külli miqdarda pul aldığı bildirlir.
.
