2015-ci ildə Çindən çıxarılan kapitalın ümumi dəyəri 1 trilyon dolları keçib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, milli valyuta yuanın devalvasiyası, fond bazarlarında düşüş və iqtisadi artım templərinin zəifləməsi fonunda xarici kapitalın qaçışı geniş miqyas alıb.

2014-cü ildə 134 milyard dollar kapitalın çıxarıldığı Çin ötən ildə bu göstəricinin 7 dəfə artması ilə üzləşib.

Təkcə sentyaar ayında ölkəni 194 milyard dollar kapital tərk edib.

Çinin valyutya ehtiyatları isə 513 milyard dollar azalaraq 3,3 trilyon dollara düşüb.
.