Jurnalın müsəlmanları təhqir etməsi beynəlxalq medianın hədəfindədir
Fransanın satirik jurnallı "Charlie Hebdo”nun son nömrəsinin üz qabığında Avropaya getmək istəyən, amma Aralıq dənizində batan və dalğaların sahilə çıxardığı Aylanın görüntüsünə yer verilib.

Musavat.com-un məlumatına görə, "Riss” ləqəbli karikaturaçı Loren Surissinun hazırladığı karikaturada Aylanın böyüyəndə Almaniyadakı təcavüzçülərdən biri olacağına işarə vurulub. Musavat.com xəbər verir ki, "Qaçqınlar” başlıqlı karikaturada Aylanın sahilə çıxan cəsədi bir şar içində görünür və yanında da "Balaca Aylan böyüyəndə nə olardı?” sualı qeyd olunur. Sualın atında isə qaçan bir qadın və əlləri açıq halda onun arxasınca qaçan kişi görünür. Karikaturanın altında fransız dilində əllə seksual xarakterli hərəkət anlayışını ifadə edən ‘tripoteur’ sözündən istifadə edilir. Karikatura Almaniyanın Köln şəhərindəki yeni il qutlamaları zamanı qaçqınlardan ibarət 1000 nəfərlik bir qrupun yüzlərlə yerli qadına sataşmasından sonra yayımlanıb.



Twitterdə bir çox istifadəçi bu karikaturanı "iyrənc”, "zövqsüz” və "xəstə təfəkkürün məhsulu” adlandırıb. "Charlie Hebdo” jurnalı isə irqçi və islamafobik olmaqda ittiham edildi.

İngiltərənin "Guardian” qəzetinin yazarı Oliver Burkeman yazısında soruşub: "Sözügedən karikaturanın həddən artıq irqçi olmadığı fikrini müdafiə edən yetkili varmı? Həqiqətən bilmək istəyirik”.

"Financial Times” qəzetindən Kristofer Tompson yazıb: "Bəlkə də bu karikatura gəlmələrə qarşı yaranan stereotipləri həcv edir və heç də irqçi deyillər. Bu da bir ehtimaldır”.
Jurnalın bu addımı internet istifadəçilərini qəzəbləndirib. İngiltərənin "Qaradərili vəkillər birliyi" bəyan edib ki, bu jurnaldan şikayət edəcək. Birliyin rəisi miqrantları aşağıladığı üçün jurnalın beynəlxalq məhkəməyə verilməsini tələb edib.

Məlumatlarda bildirilir ki, jurnalın bu nömrəsi avropalılar tərəfindən birmənalı qarşılanmayıb və jurnal nəşrinə etirazlar səsləndirilib.
.