Cəzaçəkmə müəssisəsinə ətin içərisində narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib.

Bildirilib ki, qurumun əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə məhkum edilmiş İlham Bəyiş oğlu Quliyevə qohumu Nağı Mahmud oğlunun gətirdiyi sovqatda qaynadılmış ətin içərisində gizlədilmiş 2,209 qram marixuana və 3,545 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

.