Dövlət Departamenti və ABŞ səfirliyi Amerika vətəndaşı Səid Nurinin işi üzrə Azərbaycan hakimiyyəti ilə əlaqə saxlayır. Bu barədə Dövlət Departamentinin mətbuat katibi Ceyn Psaki bazar ertəsi Vaşinqtonda brifinq zamanı Azərbaycan hakimiyyətinin S.Nurini ölkədən buraxmaqdan imtina etməsi ilə bağlı ABŞ hakimiyyətin hansı tədbirləri görməsi barədə sualın cavabında bildirib.
"Biz Azərbaycan hakimiyyətini Səid Nuriyə tam açıqlama verməyə çağırırıq və vəziyyəti diqqətlə izləyirik. Biz onunla daim əlaqə saxlayırıq, bütün mümkün konsul yardımını göstəririk”, - Psaki vurğulayıb.
Qeyd edək ki, Amerka vətəndaşlığını alan S.Nuri ötən həftə ABŞ-a gedərkən Bakı hava limanında saxlanılıb.
Azərbaycan Prokurorluğu bunu S.Nurinin də şahid kimi keçdiyi cinayət işi ilə əlaqələndirir. Lakin bunun nə iş və S.Nuriyə hansı aidiyyatın olması məlum deyil.
.