
"Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi illər boyu müzakirə olunan məsələdir”.
APA-nın xəbərinə görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Bakıda keçirilən mətbuat konfransında deyib.
"Mən düşünürəm ki, sülhməramlı qüvvələrin yerləşdirilməsi və eyni zamanda beynəlxalq təhlükəsizlik zəmanəti istənilən münaqişənin həllinin əsas amillərindən biri olmalıdır”, - deyə o, söyləyib. Diplomat bildirib ki, bu məsələ münaqişəyə cəlb olunmuş hər iki tərəfin diqqətindən yayınmamalıdır və görüşlər zamanı müzakirə olunmalıdır.
Azərbaycanlı girovlar məsələsinə gəldikdə isə, həmsədr bu məsələyə toxunduqlarını vurğulayıb: "Girovlar məsələsinə həm ABŞ hökumətinin, həm də ATƏT-in Minsk Qrupu həmsədrlərinin münasibəti eyni olaraq qalır".
"Biz həmsədr qrupu olaraq Azərbaycana gəlməzdən öncə Ermənistanda və Vyanada olduq. Həm Ermənistanda, həm də Vyanada prezidentlərin bu ilin sonuna qədər görüşünün təşkilinin mümkünlüyünü müzakirə etdik".
Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Bakıda deyib.
"Prezidentlər arasında görüşün çərçivəsini müəyyənləşdirmək istəyirik ki, dövlət başçıları bir araya gələrək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlar aparsınlar. Hər iki ölkədə prezidentlərlə danışıqlarımız oldu. Danışıqlar əsnasında iki tərəfin də atəşkəs rejiminə riayət etməsinin zəruriliyini vurğuladıq, cəbhə xəttində hər hansı zorakılıq hallarının baş verməməsinin vacibliyini qeyd etdik", - deyə diplomat bildirib.
O, son bir beçə ay ərzində təmas xəttində nisbətən sakitlik müşahidə olunduğunu qeyd edib: "Biz bu sakitliyin davam etməsini istəyirik. Düşünürük ki, cəbhədəki sakitlik gələcək etimadın qurulması, eyni zamanda tərəflərin biri-birinə hörmətlə yanaşması üçün bilavasitə zəmin yaradacaq".
.