
İşğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimin "parlament"inin sədri Aşot Qulyan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorliklə görüşüb. APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, görüş A. Qulyanın ABŞ-a səfəri çərçivəsində baş tutub. Tərəflər regiondakı son hadisələri və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsini müzakirə ediblər.
.