ABŞ Təhsilli Azərbaycanlı Məzunlar Birliyinin (AAA) İdarə Heyətinə Ceyhun Osmanlının istəyi ilə 3 nəfər şəxs seçilib.
Bu barədə "Axar.az”a özəl mənbələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki, C.Osmanlı bir müddət əvvəl hazırladığı planını iki gün əvvəl – martın 15-də AAA İdarə Heyətinə keçirilən seçkilərdə reallaşdırıb:
"Ceyhun Osmanlı daha çox xaricdə təhsil alan gənclərlə bağlı qurum və tədbirlərin layihə və maliyə proseslərində birbaşa iştirakda maraqlı olub. Hazırda əsas hədəflərindən birini gerçəkləşdirib. ABŞ Təhsilli Azərbaycanlı Məzunlar Birliyi olan AAA (AAA - The US-Educated Azerbaijani Alumni Association) İdarə Heyətinə öz çevrəsindən olan 3 nəfərin daxil edilməsinə nail olub. Bu planın həyata keçirilməsində "İrəli”nin yetirməsi Rauf Mərdiyev iştirak edib.
AAA İH seçkilərinə nəzarət etmək üçün Rauf Mərdiyev səsvermədə iştirak edib və səsvermə gedə-gedə Ceyhun Osmanlıya məlumat verib”.
Məndə həmçinin Rauf Mərdiyevin Fətullah Gülən hərəkatına sadiq biri olduğunu iddia edir. 2015-ci il parlament seçkilərində millət vəkili olmaq niyyətini ortaya qoyan Mərdiyev isə Ceyhun Osmanlının kurasiyasındadır.

İH-dəki 3 nəfər kimdir?

Ceyhun Osmanlının təşkilatın idarə heyətində təmsilçiliyinə nail olduğu 3 adamdan birincisi Aynurə Piriyevadır. Aynurə xanım 2 il öncə AAA-nın sədri olub. Hazırda Paşa Holdinqdə PR mütəxəssisi kimi çalışan A.Piriyevanın yenidən AAA-nın İdarə Heyətinə qaytarılmasında strateji hədəflər var.
Təşkilatın İdarə Heyətinə seçilən ikinci şəxs "Golden Pay” şirkətinin təsisçisi və direktoru Fərid İsmayılzadədir. Fərid İsmayılzadənin də "xidmət hərəkatı”nda olduğu bildirilir.
AAA-nın idarə heyətinə salınan 3-cü şəxs də iqtisadi sektordandır. O, "Unibank”ın Marketinq Departamentinin rəhbəri Yevgeni Soltanovdur. Yevgeni Soltanov Bankın əsas adamlarından biri olmaqla bərabər, həm də "xidmətə” bağlı məmurların bank əməliyyatlarını və "banking” işində bütün işlərini görən şəxs kimi xarakterizə edilir.

AİSEC nədir?

Xaricdə təhsillə bağlı növbəti təşkilat olan AİSEC-in Azərbaycana gətirilməsi də birbaşa Fərid İsmayılzadənin adı ilə bağlıdır. Bildirilir ki, gənc fəal Bəxtiyar Hacıyev bir vaxtlar təşkilatın sədri olub. Hazırda isə təşkilatın sədri formal olaraq xarici vətəndaşdır, Fərid İsmayılzadə isə təsisçi kimi öz statusunu və nüfuzunu saxlayır. İddia olunur ki, nur hərəkatının ABŞ-da geniş imkanlara sahib olması ABŞ təhsilli Azərbaycanlı gənclərin birləşdiyi bu təşkilatda da özünü göstərir.
Ümumiyyətlə, xaricdə təhsil alan Azərbaycan gənclərinin müxtəlif adlar altında bir yerə toplanması və layihələndirilməsi Ceyhun Osmanlının da daxil olduğu qrup tərəfindən idarə edilir. Təbii ki, burda iqtisadi maraqların olduğu mübahisələndirilən əsas məsələlərdəndir. Məlumatda qeyd olunur ki, bu məqama görə də hazırda qeyri-rəsmi araşdırmalar başlayıb...
.