Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirərək Neft və Energetika Nazirliyini məhdudlaşdırıcı tədbirlər siyahısına daxil edib.

Bu barədə Britaniya hökumətinin bəyanatında deyilir.

Ümumilikdə sanksiya siyahısına doqquz şəxs və 62 şirkət daxil edilib.

"Sanksiyalar Çirkli pulların yuyulmasına qarşı mübarizə və sanksiyalar haqqında 2018-ci il tarixli qanuna uyğun olaraq tətbiq edilib və İranda nüvə silahının yayılmasında və ya hazırlanmasında iştirak edən və ya bununla əlaqəli olan şəxslərin vəsaitlərinin və iqtisadi resurslarının dondurulması daxil olmaqla maliyyə sanksiyalarının tətbiqini nəzərdə tutur", - bəyanatda bildirilib.

.