Bu gün  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-in Mətbuat Xidməti idarəsindən verilən məlumata görə, nazirlər 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası və bölgədə mövcud olan vəziyyəti müzakirə ediblər.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

.