
"Regional sülh və təhlükəsizlik mövzusunda XII Zirvə görüşünə hazırlıq məqsədilə bu iclas keçirilir”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının toplantısında deyib.
Nazir dost və qardaş Qırğız həmkarına təşkilata qatdığı töhfələrə görə təşəkkür edib: “TDT dinamik və regional mərkəzə çevrilib. Bu gün bu iclas çərçivəsində bir daha enerji təhlükəsizliyi, iqtisadiyyat, rəqəmsal bacarıqlar sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəyik".
Bu gün TDT-nin daha da gücləndirilməsi üçün təklifləri dinləyəcəyik
"Ortaq dil, tarix və ənənələrə söykənən, Naxçıvan Sazişi ilə təməli qoyulan təşkilatımız çərçivəsində siyasi, iqtisadi və mədəni istiqamətlər daxilində 35-dən çox sahədə əməkdaşlıq inkişaf edib".
Bunu xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının toplantısında deyib.
Nazir bildirib ki, beynəlxalq qurumlara inamın sarsıldığı dövrdə TDT arasında qardaşlıq və qarşılıqlı etimad əsasında qurulan əməkdaşlıq əlaqələrinin dinamikası hamı üçün təkcə qürur mənbəyi deyil, gələcəyə ümidlə baxmağa möhkəm əsasdır: “Bu gün təşkilatımızın daha da gücləndirilməsi üçün üzv dövlətlərin təkliflərini dinləyəcəyik. Prezident İlham Əliyevin təşəbbüsü ilə TDT-nin illik Zirvə görüşlərinin sayının ikiyə çatdırılması əməkdaşlıq imkanlarımızın çevik, dərin və ətraflı müzakirəsi üçün fürsət yaradıb".
Qəbələ Bəyannaməsi TDT-nin inkişafına müsbət təsir göstərəcək
"Zirvə görüşünün sonunda qəbul ediləcək Qəbələ Bəyannaməsi və digər sənədlər təşkilatımızın inkişafına müsbət təsir göstərəcək”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının toplantısında deyib.
Nazir bildirib ki, 2023-cü ildə Azərbaycan öz suverenliyini tam bərpa edib və Ermənistanla təmaslar davam edir: “Bu çərçivədə Vaşinqtonda keçirilən Zirvə görüşü və imzalanan sənədlər tarixi əhəmiyyət daşıyır. Regional sülh və sabitlik xalqların sosial rifahına və tərəqqisinə xidmət etməlidir. Əməkdaşlığımızın daha dayanıqlı olması üçün iqtisadi əməkdaşlığımızı da gücləndirməliyik”.
Azərbaycan Orta Dəhlizin canlandırılması üçün ardıcıl səylər göstərir
"Azərbaycan son onilliklər ərzində Orta Dəhlizin canlandırılması üçün ardıcıl səylər göstərir”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının toplantısında deyib.
Nazir bildirib ki, TDT üzv dövlətləri arasında əməkdaşlıqlar böyük perspektivlər vəd edir: “Ənənəvi enerji sahəsində uğurlu tərəfdaşlığımızı yeni əməkdaşlıq layihələri ilə davam etdirməliyik. Eyni zamanda azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində TDT üzv dövlətlərinin iştirakını da qeyd etmək istərdim. Təşkilatımızın olduqca vacib regional faktor kimi formalaşdırılması üçün Azərbaycan konkret təkliflərlə çıxış edib. 2 milyon ABŞ dolları həcmində TDT katibliyinə vəsait köçürülüb”.
Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması zəruridir
"Mövcud qlobal və regional təhlükəsizlik çağırışlarının qarşısında hərtərəfli siyasi koordinasiya və həmrəylik nümayişi son dərəcə vacibdir”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının toplantısında deyib.
Nazir bildirib ki, formalaşmaqda olan yeni beynəlxalq təhlükəsizlik arxitekturasında Türk Dövlətləri Təşkilatı güc birliyinin simvolu kimi daha mühüm rol oynamaq potensialına malikdir: “Azərbaycanın onilliklər boyunca münaqişə vəziyyətində olduğu Ermənistan ilə normallaşma prosesi istiqamətində göstərdiyi ardıcıl səylər, məqsədyönlü fəaliyyətlər də regionumuzda sülh və sabitliyin bərqərar edilməsinə hesablanıb.
Məlum olduğu kimi, 2023-cü ildə Azərbaycan öz suverenliyini tam bərpa etdikdən sonra Ermənistanla münasibətlərin normallaşması istiqamətində tərəflər arasında birbaşa təmaslar və birgə səylərin intensivliyi daha da artıb. Bu çərçivədə 8 avqustda ABŞ-da keçirilən Zirvə görüşü və imzalanan sənədlər tarixi əhəmiyyət daşıyır. Bu tarixi fürsətin düzgün dəyərləndirilməsi və sülh müqaviləsinin imzalanması üçün Ermənistan tərəfindən Azərbaycana qarşı Konstitusiya səviyyəsində təsbit olunan ərazi iddialarının aradan qaldırılması zəruridir”.
Nazir qeyd edib ki, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində TDT üzvlərinin iştirakı bütün təşkilat çərçivəsində əməkdaşlığa da əlavə dəyər qatır, əlavə imkanlar yaradır: "Azərbaycan TDT-nin beynəlxalq nüfuzunun daha da artırılması məqsədilə təşkilatın katibliyinin funksionallığının gücləndirilməsi və onun kadr potensialının artırılmasına tərəfdardır. Əminəm ki, bugünkü iclas zamanı aparılan müzakirələr dost və qardaş xalqlarımızın, bütövlükdə regionunun inkişafına töhfə verəcək".
TRIPP marşrutunun bəyan edilməsi mühüm addımdır
“Əməkdaşlığımızın daha məzmunlu və dayanıqlı xarakter alması üçün iqtisadi potensialımızı gücləndirməli, təşkilatımızın üzvləri arasında qarşılıqlı investisiyaları və ticarəti inkişaf etdirməliyik”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının toplantısında deyib.
Nazir bildirib ki, TDT-yə üzv dövlətlər coğrafi baxımdan təbii nəqliyyat, logistika, tranzit xətlərini təşkil edərək Avropa və Asiya qitələri arasında körpü rolunu oynayır: “Bu istiqamət üzrə TDT üzv dövlətləri nəhəng imkanlara malikdir. Bu xətt eyni zamanda, Orta Dəhlizin ayrılmaz parçasıdır. Vaşinqton Zirvə Görüşü çərçivəsində Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb rayonları və Naxçıvan arasında maneəsiz gediş-gəlişi təmin edəcək TRİPP marşrutunun bəyan edilməsi regionumuzda bağlantıların şaxələndirilməsi baxımından mühüm addımdır”.
Azərbaycan uzun illərdir Avropada enerji təhlükəsizliyinə töhfə verir
"Azərbaycan uzun illərdir Avropada enerji təhlükəsizliyinə töhfə verir”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının toplantısında deyib.
Nazir bildirib ki, TDT üzv dövlətləri arasında enerji sahəsində əməkdaşlıq təqdirəlayiqdir: “Bu, böyük perspektivlər vəd edir. Azərbaycan uzun illərdir transregional layihələrlə Avropa və daha geniş coğrafiyada enerji təhlükəsizliyinə töhfə verir. Ənənəvi enerji sahəsindəki uğurlu tərəfdaşlığımızı yeni əməkdaşlıq elementləri ilə zənginləşdirmək zamanıdır".
.