“Azərbaycan və Ermənistan arasında bütün görüşlər zamanı 8 kəndin qaytarılması məsələsi qaldırılır. Hesab edirik ki, bu delimitasiya ilə bağlıdır və bildiyiniz kimi delimitasiya məsələsi texniki məsələdir. Sülh müqaviləsində isə ümumi prinsiplər əks olunur”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.

Nazir ciddi ərazi münaqişəsi olmayan ölkələr arasında belə delimitasiya prosesinin uzun müddət çəkə bildiyini xatırladıb.

“Ancaq əgər biz sülh müqaviləsinin tez zamanda imzalanmağını istəyiriksə, bu iki prosesi ayırmalıyıq”.

Nazir Ermənistanın nəzarəti altında olan 8 kəndlə bağlı məsələyə də toxunub.

“Bu səkkiz kəndin də öz spesifikası var, bu kəndlərdən 4-ü anklav, digər 4-ü isə anklav kəndlər deyil. Bizim yanaşmamız ondan ibarətdir ki, prosesdə müəyyən ardıcıllıq ola bilər və qarşılıqlı müzakirə formasında davam edə bilər. Ermənistanın da öz iddiaları, sərhədlərlə bağlı öz baxışları var. Ancaq biz yaşayış məntəqələrindən danışırıq. Bu kəndlərin kimə məxsusluğu mübahisə mövzusu deyil, aydındır ki, Sovet dönəmində bu kəndlərdə kimlər yaşayıb”, - nazir deyib.

.