Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə günü Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparacaq.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Dekabrın 23-də Moskvada Rusiya Federasiyası və Azərbaycan Respublikasının xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramov arasında danışıqlar keçiriləcək”, - deyə diplomatik idarədən bildirilib.

.