"Serbiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyanın işini müzakirə etdik".

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Nikola Selakoviçlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

C. Bayramov deyib ki, sabah Azərbaycan və Serbiya arasında Hökumətlərarası Komissiyanın iclası olacaq və daha sonra Biznes Forum keçiriləcək.

Serbiyalı nazir Komissyanın həmsədri Sahil Babayevlə də görüş keçirəcək.

.