Sentyabrın 3-də xarici içlər naziri Ceyhun Bayramov Qırğızıstan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Kayrat Osmonaliyevi qəbul edib. Səfirin etimadnaməsinin surətini qəbul edən nazir, onu təyinatı münasibətilə təbrik edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazir Ceyhun Bayramov ölkələrimiz arasında əsrlər boyu mövcud olan etnik, mədəni, dini bağlara əsaslanan dostluq münasibətlərində danışaraq, bu əlaqələrin inkişafı perspektivlərini vurğulayıb. Hazırda Azərbaycan və Qırğızıstan arasında bütün səviyyələrdə qarşılıqlı anlaşmanın mövcud olduğunu bildirilib. Nazir, həmçinin ölkələrimiz arasında çoxtərəfli platformalarda əməkdaşlığın inkişafından məmnunluq ifadə edib.

Lavrov Ermənistan-Azərbaycan sərhədində vəziyyətin uzunmüddətli nizamlanmasının şərtlərini açıqlayıb
Səfir Kayrat Osmonaliyev yeni təyin olunmasına baxmayaraq Azərbaycan barəsində məlumatlı olduğunu qeyd edib və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
 

.