Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Mərakeş Krallığının xarici işlər naziri Nasser Bourita ilə görüşüb.
Bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
Qeyd edilib ki, tərəflər ümumi maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərini, həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyindəki məsələləri müzakirə ediblər.
C.Bayramov həmkarına regionda münaqişədən sonrakı vəziyyət, sülh və Azərbaycanın yenidənqurma səyləri barədə də məlumat verib.
.