44 günlük müharibədə 30 ilə yaxın işğal altında olan əzəli Azərbaycan torpaqları Azərbaycan Ordusunun şücaəti ilə azad olunub. Bu, Azərbaycan tarixin ən şanlı səhifələrindən biridir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində “Postmünaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda könüllü gənclərin iştirakı ilə Diplomatiya Həftəsinin açılış mərasimində deyib.
Nazirin sözlərinə görə, postmünaqişə dövrü həm Azərbaycan, həm də region üçün böyük imkanlar açır: “Azərbaycan sülh gündəliyini gündəmə gətirib. Müharibə başa çatdıqdan sonra ən yüksək səviyyədə Ermənistana sülh müqaviləsi üzərində işləmək təklif olunub, Azərbaycan bu istiqamətdə əməli addımlar atıb”.
Nazir: “İşğal dövründə baş vermiş cinayətlər haqda açıq danışmalıyıq”
İşğal və müharibə dövründə baş vermiş cinayətlər haqda açıq danışmalıyıq.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində “Post-münaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda könüllü gənclərin iştirakı ilə Diplomatiya Həftəsinin açılış mərasimində deyib.
Nazirin sözlərinə görə, ərazilərin minalanması, ekologiyaya vurulan zərərlər, təbii sərvətlərin vəhşicəsinə talan olunması, mülki və dövlət infrastrukturun dağıdılması, Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərlə bağlı informasiyaların verilməməsi və s. cinayətlərlə bağlı qarşı tərəfin məsuliyyətə cəlb olunması vacibdir: “Onların məsuliyyətə cəlb olunması ilə bağlı mexanizm hazırlanmalıdır və artıq bu istiqamətdə bir sıra işlər görülüb”.
XİN rəhbəri Azərbaycan dövlətinin və xalqının sülhsevər olduğunu da diqqətə çatdırıb: “Bəli, biz sülhsevər dövlətik, biz sülhsevər xalqıq, biz gələcəyə baxırıq. Amma gələcəyə baxmaq o demək deyil ki, biz keçmişi unutmalıyıq və tarixdən düzgün dərslər çıxarmamalıyıq”.
.
