“Bu səfər hər iki ölkə üçün olduqca əhəmiyyətlidir, yüksək səviyyəli dialoqun bir təzahürüdür ”.

Bunu Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri, Əlcəzair Prezidentinin xüsusi nümayəndəsi Ramtan Lamamra ilə görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Ceyhun Bayramov deyib ki, əlcəzairli həmkarı ilə təktərəfli və genişərkibli görüş keçirilib: “İkitərəfli səviyyədə və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı geniş müzakirələr apardıq. Əlcəzairin müstəqilliyinin 60 illiyi münasibəti ilə bağlı bir daha təbrikimi çatdırıram. Yüksək səviyyəli dialoqun davamlılığını təmin etmək üçün yüksək səviyyəli səfərlər vacibdir. Bu baxımdan Əlcəzair Prezidentinin Qoşulmama Hərəkatının tədbirində iştirak üçün Azərbaycana səfəri və Azərbaycan səfərini xüsusi qeyd etmək istəyirəm. Əlcəzair parlamentinin sədri də Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsisi ilə bağlı Bakı konfransında iştirak edib. Ümumiyyətlə, Qoşulmama Hərəkatının təsisçilərinin biri olan Əlcəzair çox fəaldır və Azərbaycanın sədr kimi təşəbbüsünə dəstək verir. İki həftə əvvəl Qoşulmama Hərəkatının gənclər təşkilatının təsis konfransında da Əlcəzair aktiv iştirak edib”.

Azərbaycanla Əlcəzair arasında diplomatik və xidməti pasport sahibləri qarşılıqlı vizalardan azad olunacaq

“Energetika sahəsində əməkdaşlıq, investisiya üçün geniş imkanlar var ”.

Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri, Əlcəzair Prezidentinin xüsusi nümayəndəsi Ramtan Lamamra ilə görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Ceyhun Bayramov deyib ki, turizm sahəsində əlaqələrin genişlənməsi üçün də yaxşı imkanlar var : “Görüşlərimizdə mədəniyyət, humanitar sahədə əlaqələr də diqqət yetirdik. Azərbaycan təhsil sahəsində təqaüd proqramları təklif edir. Əlcəzair tələbələri bu proqramlarda iştirak edir, gələcəkdə bu imkanlar daha da genişlənəcək ”.

XİN başçısı qeyd edib ki, bu gün Azərbaycanla Əlcəzair arasında diplomatik və xidməti pasport sahiblərinin qarşılıqlı vizalardan azad olunması barədə saziş və iki ölkənin XİN-ləri arasında siyasi məsləhətləşmələrə bağlı protokol da imzalanıb.

XİN başçısı: “Ermənistanın üçtərəfli bəyanatın icrası istiqamətində bir sıra konstruktiv yanaşmaları var”

“Ötən ay ilk məcburi köçkünlərimizin Zəngilan rayonunun Ağalı kəndində qayıdışı baş verdi. Bu, Böyük Qayıdışın ilk mərhələsinin başlanğıcıdır”.

Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri, Əlcəzair Prezidentinin xüsusi nümayəndəsi Ramtan Lamamra ilə görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Ceyhun Bayramov deyib ki, Azərbaycanın Ermənistana təklif etdiyi sülh gündəliyi, iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiyaların açılması, sülh müqaviləsi ilə bağlı rəsmi Bakının təklifləri barədə də əlcəzairli həmkarını məlumatlandırıb: “Ermənistanın üçtərəfli bəyanatın icrası istiqamətində bir sıra konstruktiv yanaşmaları barədə də Ramtan Lamamraya məlumat verdim. Azərbaycan qonşu ölkələrlə normal münasibətlərin formalaşmasına tərəfdardır. Qarşılıqlı surətdə sərhədlərin toxunulmazlığı prinsipi əsasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyə bilərik”.

.