Xarici işlər naziri Ceyhun Bayramov “Twitter“ hesabında Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Müstəqilliyimizin və suverenliyimizin rəmzi müqəddəs bayrağımız daim ucalarda dalğalansın”.

.