“Ritorika və addımlar arasında fərq var. Vaxtaşırı müsbət mesajlar eşidirik, ancaq bu ardıcıl deyil və bəzən ziddiyyətli olur”.

Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

O qeyd edib ki, eyni şəxslərin çıxışlarında ziddiyyətlər mövcuddur: “Danışıqlar prosesində bir xəttin davam etdiyini görmək olmur. Elan olunan mesajlardan fərqli olaraq faktlar başqadır. Ermənistan tərəfi indiyə qədər silahlı birləşmələrini bu ərazidən çıxarılmayıb. Bu kontingentin çıxarılması üçtərəfli bəyanatda qeyd olunmuşdu”.

Ceyhun Bayramov: Yaxın zamanda ikitərəfli görüş keçiriləcək

Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçıları arasında ikitərəfli görüş keçiriləcək.

Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, bu təşəbbüs ABŞ tərəfindən gəlib və Azərbaycan bu təşəbbüslə razılaşıb: “Görüş yaxın zamanda baş tutacaq”.

XİN başçısı: "Ermənistan Azərbaycana mina xəritəsi verməyib"

“Mina partlayışları baş verən ərazilərlə bağlı, ümumiyyətlə Ermənistan Azərbaycana mina xəritəsi verməyib”.

Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, Laçında 2021-ci il istehsalı olan minalar aşkarlanıb: “Prosesin ləngiməsi istiqamətində addımlar müşahidə edirik, bunun zərərini elə Ermənistan görür”.

.