Biz Cənubi Qafqazda sülhü, inkişafı və çiçəklənməni təşviq edən, buna şərait yaradan bütün səyləri dəstəkləyirik.

Bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuata açıqlamasında bildirib.

“Ötən həftə Tbilisidə Azərbaycan və Ermənistan XİN başçıları arasında baş tutan görüşü təqdir edirəm. Cənab Ceyhun Bayramova bu görüşlə bağlı məni məlumatlandırdığı üçün təşəkkür edirəm. Aİ regionda normallaşmanı və sülh istiqamətində səyləri dəstəkləməyə hazırdır”, - Borrell qeyd edib.

.