
Azərbaycan İraqdan olan tələbələrə, eləcə də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) digər üzv ölkələrinin nümayəndələrinə təqaüdlər və qrantlar təqdim edir.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 7-də Bağdadda iraqlı həmkarı Fuad Hüseynlə birgə mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, ölkələr bir çox sahələrdə əlaqələri genişləndirməyi hədəfləyir və istiqamətlərdən biri də təhsildir.
.