"Azərbaycan və Ermənistan arasında sülh prosesi üzrə bir neçə istiqamət var".

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, mart ayında sülh sazişinin mətni razılaşdırılıb: "Ermənistandan Azərbaycanın legitim gözləntiləri var. Bu gözləntilər Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasının çıxarılması və münaqişənin tamamlanması ilə ehtiyac duyulmayan Minsk qrupunun ləğvidir. Prosesləri izləyirik, təmaslar var”.

.