Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avstriyalı həmkarı Aleksander Şallenberq ilə görüşüb.

Bu barədə o, özünün “Twitter” səhifəsində məlumat yayıb.

“Avstriyanın xarici işlər naziri Şallenberq ilə yaxşı görüş keçirdik. İkitərəfli iqtisadi əlaqələrin inkişafı, COVID pandemiyasına qarşı birgə mübarizə ilə bağlı sualların geniş spektrini müzakirə etdik. Onu azad edilmiş ərazilərdə münaqişəsonrası vəziyyət, cari yenidənqurma və bərpa layihələri barədə məlumatlandırdıq”, - deyə C.Bayramov qeyd edib.

 

 

.