Antalya Diplomatiya Forumunda “Cənubi Qafqaz: regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusuna panel keçirilib.

Əlican Ayanların moderatorluğu ilə keçilən paneldə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbədən sonra regionda yaranmış yeni vəziyyətlə bağlı mövqeyini iştirakçılarla bölüşüb.

Paneldə, həmçinin Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza, professor Kamil Aydın, Ermənistanın sabiq prezidenti Ter-Petrosyanın 1991-1997-ci illərdə beynəlxalq münasibətlər üzrə müşaviri olmuş politoloq Jirayr Liparityan çıxış ediblər.

Qeyd edək ki, Türkiyə Prezident Administrasiyasının himayədarlığı və Xarici İşlər Nazirliyi tərəfindən “Yenilikçi Diplomatiya: Yeni Dövr, Yeni Yanaşmalar" mövzusunda təşkil olunan Antalya Diplomatiya Forumu çərçivəsində bir çox məsələlər ətrafında müzakirələr aparılır.

Forumun yekunu ilə bağlı iyunun 20-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransı keçirəcək.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində müzakirə panelində iştirak edib.

Azərbaycan XİN başçısı "Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar" mövzusunda panelə qatılıb.

Müzakirələrdə Ceyhun Bayramovla yanaşı Gürcüstanın xarici işlər naziri David Zalkaliani, MHP-nin Türk Dünyası və Beynəlxalq Münasibətlər üzrə sədr müavini Kamil Aydın, Ermənistanın sabiq xarici işlər nazirinin müavini, tarixçi Jirard Libardian və ATƏT-in Minsk Qrupunun sabiq həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza iştirak edib.
 

.