Xarici İşlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ABŞ Dövlət katibi Marko Rubio tərəfindən təşkil olunan tədbirdə iştirak edib.

Bu barədə nazirliyin "X" hesabında paylaşım edib.

"Azərbaycanın bu mühüm tədbirdə iştirakı ölkəmizin əməkdaşlığın inkişafına, regional sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə sadiqliyini və etibarlı tərəfdaş kimi tanınmasını əks etdirir", - paylaşımda deyilir.

.