Türkiyənin dövlət boru kəməri şirkəti "Botaş"ın neft emalı zavodunda yanğın baş verib.
ANS PRESS-in məlumatına görə, yanğın hadisəsi Türkiyənin Adana şəhərindəki Ceyhan bölgəsində qeydə alınıb. Yanğın səhər saatlarından başlayıb.
Zavodda baş verən yanğına yanğınsöndürənlər tərəfindən müdaxilə edilib. Ancaq yanğın hələ də söndürülməyib.
Hazırda söndürmə işlərinə dəstək vermək üçün əraziyə Adanadan da xilasetmə dəstələri cəlb olunub.
.