"Mən istərdim ki, Çexiyada istehsal olunan avtomobillər Azərbaycanda daha çox tanıdılsın”.
APA-nın xəbərinə görə, bunu Çexiya prezidenti Miloş Zeman Bakıda keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, ölkəsi Azərbaycanla dəmir yolu, aşağı gərginlikli tramvay xətlərinin çəkilməsi, vaqon və lokomotivlərin təchizatı, energetika və kənd təsərrüfatı məhsullarının daşınması kimi məsələlərdə əməkdaşlıq edə bilər.
Çexiya prezidenti 30-a yaxın digər layihələri sadalaya biləcəyini deyib.
.
