"RİA Novosti" agentliyinin verdiyi məlumata görə, Avropa Birliyinə üzv ölkələrdən Çexiya Rusiyaya sanksiya tətbiq etməyə qarşı çıxıb. Çexiya parlamenti Avropa İttifaqı nəzdində rəsmi Moskvaya qarşı iqtisadi sanksiyalara müsbət baxmayıb.
Əvəzində çexiyalı deputatlar ölkə ordusuna ayrılan maliyyənin azaldılması təşəbbüsü ilə çıxış edib. Buna qədər ABŞ və Avropa Birliyi Rusiyanın Ukrayna ilə bağlı mövqeyinə görə bu ölkəyə qarşı qiymətli kağızların dondurulması və yüksəkçinli rəsmilərə viza verilməməsi sanksiyasını tətbiq etmişdi.
.
