ABŞ Çernoqoriyanın NATO-ya üzvlüyünü təsdiqləyib.
ABŞ konqresinin senatı Çernoqoriyanın üzvlüyü barədə protokolu ratifikasiya edib. Üzvlüyün lehinə 97, əleyhinə 2 palata üzvü səs verib.
Qeyd edək ki, 2009-cu ilin dekabrında Çernoqoriya bloka üzvlük üçün iş planı alıb. 2010-cu ildə start götürən danışıqlar 2016-cı ilin mayında təşkilata qəbul haqda protokolun imzalanması ilə başa çatıb. Bundan sonra respublika müşahidəçi statusu əldə edib. Protokolun Alyansın bütün üzv ölkələri və Çernoqoriya tərəfindən ratifikasiyasından sonra bu ölkə NATO-nun 29-cu üzvü olacaq. Bu günə qədər protokolu 28 ölkədən 24-ü təsdiqləyib.
