
Cənubi Koreyanın baş naziri Çunq Honq-Von Azərbaycanda səfərdədir.
APA-nın xəbərinə görə, səfər zamanı Ç. Honq-Von Azərbaycan prezidenti İlham Əliyevlə, habelə baş nazirin I müavini Yaqub Eyubovla görüşəcək.
Görüşlər zamanı ikitərəfli iqtisadi münasibətlərin inkişafı və digər əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Cənubi Koreyanın baş naziri "Azərsu” ASC-də olacaq, habelə Dənizkənarı Milli park, Xalça Muzeyi və İçəri Şəhərlə tanış olacaq.
.