
Cənubi Koreya hökuməti Prezident Yun Sok Yolun impiçmenti ilə bağlı gözlənilən qərardan əvvəl Konstitusiya Məhkəməsi binası üzərində bütün uçuşları müvəqqəti olaraq qadağan edib.
Qadağa 12 mart tarixindən qüvvəyə minir və 19 mart tarixinədək davam edəcək.
Bu tədbir qərarın verilməsi dövründə mümkün cinayətlərin və terror təhdidlərinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmənin qərarının dəqiq tarixi hələ elan edilməyib.
Qadağa fövqəladə hallara reaksiya xidmətlərinə məxsus olanlar istisna olmaqla, bütün hava gəmilərinə və dronlara şamil edilir.
Nazirlikdən bildirilib ki, vəziyyətdən asılı olaraq qadağanın 31 mart tarixinədək uzadılması imkanını nəzərdən keçirilir.
.