Cənubi Koreya prezidenti Yun Suk Yolun vəkilləri lazımi sənədləri təhvil vermək üçün Yüksək Səviyyəli Antikorrupsiya İstintaq İdarəsinə gediblər.

Bu barədə administrasiya məlumat yayıb.

“Yanvarın 12-də günortadan sonra şübhəli Yulun vəkilləri Mülki Müraciətlərin İnzibati şöbəsinə gələrək təyinat sənədini müdafiəçi kimi təhvil veriblər” – məlumatda bildirilir.

Yonhap xəbər agentliyinin məlumatına görə, idarəyə baş çəkən hüquqşünaslar müstəntiqlərlə görüş zamanı bildiriblər ki, polislə prezidentin təhlükəsizlik xidməti arasında fiziki toqquşma ehtimalını istisna etmək üçün məsləhətləşmələrə ehtiyac var.

Prezidentin tərəfində olan hüquqşünaslariddia edir ki, dövlət başçısı vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə həbs edilə bilməz.

.