Cənubi Koreya, ABŞ və Yaponiya bu gün “Freedom Edge” (Azadlıq Sərhədi) adlı hərbi təlimlərə başlayıb.

Yenizaman "Yonhap"a istinadla xəbər verir ki, manevrlərin məqsədi üç ölkə arasında dəniz, hava və kiberməkan sahələrində birgə əməliyyat imkanlarını gücləndirmək, qarşılıqlı fəaliyyəti artırmaq və sabit üçtərəfli əməkdaşlığı təmin etməkdir.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri bildirib ki, təlimlər Şimali Koreyadan gələn nüvə və raket təhdidlərinə cavab xarakteri daşıyır və regionda sülh və sabitliyə töhfə verəcək.

Plana əsasən, təlimlər dörd gün davam edəcək və Cənubi Koreyanın Çedjudo adasının şərqində və cənubunda yerləşən beynəlxalq sularda keçiriləcək.

.