Kapitalı 100% dövlətə məxsusu "Cənub Qaz Dəhlizi” qapali səhmdar cəmiyyəti gələn il Maliyyə Nazirliyindən risklərə müqavimətin artırılması üçün 1
mlrd 341,2 mln, yaxud $1,7 mlrd alacaq.
Dövlət büdcəsi haqqında təsdiqlənmiş qanunda deyilir ki, bu məbləğ nizamnamə kapitalının artırılması çərçivəsində nəzərdə tutulub. 100 mln-luq baza
kapitalı nəzərə alındıqda QSC-nin nizamnamə kapitalı $1,8 mlrd dollardan artıq olacaq.
Strukturun yaradılması ilə bağlı dövlət başçısı bu ilin fevralın 25-də sərəncam verib. Cəmiyyətin kapitalında SOCAR-ın payı 49%, dövlətin payı - 51%  təşkil edir. "Cənub Qaz Dəhlizi” QSC "Şahdəniz” qaz-kondensat yatağının işlənilməsinin "Mərhələ-2”, Cənub Qafqaz qaz dəhlizinin genişləndirilməsi,
həmçinin TANAP və TAP qaz kəmərlərinin tikintisi layihələrini effektiv idarə etməlidir. Onun üçün pullar Dövlət Neft Fondundan (ARDNF) ayrılır. Rəsmi versiyaya əsasən, QSC-yə vəsaitlər qaytarılmaq şərti ilə uzunmüddətli investisiya şəklində verilib.
.