
"ASAN” xidməti "Cənub qaz dəhlizi” qaz kəmərinin çəkilişi üçün razılaşdırılmış ərazilərdə yerləşən əmlak və torpaq sahələrinin qeydiyyatına başlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindəki mənbə Turana bildirib ki, sənədlərin elektron qeydiyyatı Abşeron rayonundan Ağstafa rayonuna qədər 424 km məsafədə 13 rayonun 109 kəndinin sakinlərini əhatə edəcək.
Xidmət sentyabrın 20-dən, dövlət başçısının müvafiq sərəncamı səslənəndən sonra prosesə başlatıb, Hacıqabul rayonunda isə qeydiyyat prosesi son mərhələdədir, - deyə o qeyd edib.
Köçürülənlərə kompensasiyanın verilməsi və həcmi barədə danışarkən mənbə qeyd edib ki, bu funksiya agentliyin deyil, Nazirlər Kabinetinin səlahiyyətinə daxildir.
Hökumətdə isə situasiyanı şərh etməyiblər, ancaq təcrübə göstərir ki, dövlət ehtiyacları üçün ayrılan torpaqlardan köçürülmələr zamanı daşınmaz əmlak sahiblərinin hüquqlarının kütləvi şəkildə pozulmasına yol verilib. Bakının Füzuli, Bədəlbəyli, Əliyev, Topçubaşev, Nərimanov küçələrində, həmçinin regionlarda – Oğuz-Qəbələ su kəmərinin, Bakı-Ağstafa və Bakı-Quba-rusiya ilə dövlət sərhəddi maqistral yolların tikintisi zamanı və digər iri obyektlərdə belə olub.
Ekspertlər ehtiyatlanır ki, bu dəfə də ətəndaşlar onlara düşən ədalətli, qanun kompensasiyanı ala bilməyəcək.
.