
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, hər zaman bir-birlərinə sevgilərinə nümayiş etdirən, mehriban davranan qadın ifaçıların arasına əks cins girib.
Son zamanlar repçi Dreykin Cey Lo ilə görüşməyə başlaması Rihannanı qıcıqlandırıb. Yaxınları bildirir ki, Rihanna bir müddət əvvəl ayrıldığı Dreykin onu qısa zamanda kiminləsə dəyişəcəyini gözləmirmiş. Hətta barbadoslu ifaçı reperlə yenidən bir araya gələcəklərini istisna etmirmiş.
Cey Lo və Dreyk isə tez-tez birgə görünürlər. Onlar sevgi münasibəti yaşadıqları barədə bir açıqlama verməsələr də, birgə duet səsləndirəcəklər.
Bu gün isə məlum olub ki, Rihanna İnstaqramda Lopezi izləmədən çıxarıb.

