ABŞ prezidenti Donald Trampın bəzi ölkələrdən gələn qaçqınların qarşısını almaq üçün qəbul etdiyi qərar etirazlara səbəb olub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ölkənin müxtəlif yerlərində aksiyalar və məşhurların etirazı isə davam edir. Bu dəfə Trampı müğənni Cennifer Lopez tənqid edib. O, miqrasiya qanununa qarşı təşkil olunan aksiyalardan birinin fotosunu paylaşaraq yazıb:

"Biz hamımız immiqrantıq. Düzünü desəm, mənə elə gəlir ki, yatmışam və bütün bu dəhşəti yuxuda görürəm. Necə ola bilər ki, immiqrantların əsasını qoyduğu bir ölkədə "immiqrant" sözü pis şəkildə hallansın".



.