
Yenizaman.az saytının məlumatına görə, baş tutan 8 qarşılaşma ilə 4 qrupda mübarizəyə yekun vurulub.
Bu görüşlər 1/8 finala daha 3 vəsiqənin sahibini müəyyənləşib.
Belə ki, A qrupunda "Atletiko” ilə birlikdə mərhələ adlayan 2-ci komanda bəlli olub. Bu, Turində Madrid klubu ilə 0:0 hesablı heç-heçə edən "Yuventus” olub.
B qrupunda isə "Real”ın ardınca 2-ci pilləyə "Bazel” yüksəlib. İsveçrə təmsilçisi səfərdə "Liverpul”la bərabərə qalıb – 1:1.
C qrupunda növbəti xoşbəxt "Monako” olub. Fransa klubu "Zenit”i 2:0 hesabı ilə məğlub etməklə, adını 1/8 finala yazdırıb. "Bayer”in səfərdə "Benfika” ilə görüşdə xal itirməsi onları qrup lideri edib.
Türkiyə "Qalatasaray”ının sonuncu yeri tutduğu D qrupunda isə VI tur yalnız 1-ci yer baxımından maraq doğurub. "Cim-Bom”a 1:4 hesabı ilə qalib gələn "Arsenal” qrup ikicisi olub. Almaniyada "Anderlext”lə heç-heçəyə (1:1) razılaşan "Borussiya” isıə növbəti mərhələyə lider kimi adlayıb.
"Yuventus" - "Atletiko” - 0:0
"Olimpiakos" - "Malmö” - 4:2
1. | Atletiko | 6 | 4 | 1 | 1 | 14:3 | 13 | |
2. | Yuventus | 6 | 3 | 1 | 2 | 7:4 | 10 | |
3. | Olimpiakos | 6 | 3 | 0 | 3 | 10:13 | 9 | |
4. | Malmö | 6 | 1 | 0 | 5 | 4:15 | 3 |
"Real" - "Ludoqorets" - 4:0
"Liverpul" - "Bazel" - 1:1
1. | Real | 6 | 6 | 0 | 0 | 16:2 | 18 | |
2. | Bazel | 6 | 2 | 1 | 3 | 7:8 | 7 | |
3. | Liverpul | 6 | 1 | 2 | 3 | 5:9 | 5 | |
4. | Ludoqorets | 6 | 1 | 1 | 4 | 5:14 | 4 |
"Benfika" - "Bayer" - 0:0
"Monako" - "Zenit" - 2:0
1. | Monako | 6 | 3 | 2 | 1 | 4:1 | 11 | |
2. | Bayer | 6 | 3 | 1 | 2 | 7:4 | 10 | |
3. | Zenit | 6 | 2 | 1 | 3 | 4:6 | 7 | |
4. | Benfika | 6 | 1 | 2 | 3 | 2:6 | 5 |
"Qalatasaray" - "Arsenal" - 1:4
"Borussiya” - "Anderlext" - 1:1
1. | Borussiya | 6 | 4 | 1 | 1 | 14:4 | 13 |
2. | Arsenal | 6 | 4 | 1 | 1 | 15:8 | 13 |
3. | Anderlext | 6 | 1 | 3 | 2 | 8:10 | 6 |
4. | Qalatasaray | 6 | 0 | 1 | 5 | 4:19 | 1 |