
Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.
Mərasim UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında təşkil olunub.
Püşkatmaya turnirin final matçının səfiri, Ukrayna millisinin baş məşqçisi Andriy Şevçenko yardımçı olub.
Püşk nəticəsində cütlüklərin tərkibi belə formalaşıb:
"Barselona” (İspaniya) - "Roma” (İtaliya)
"Sevilya” (İspaniya) - "Bavariya” (Almaniya)
"Yuventus” (İtaliya) - "Real Madrid” (İspaniya)
"Liverpul” (İngiltərə) - "Mançester Siti” (İngiltərə)
Qeyd edək ki, ilk oyunlar adları birinci göstərilən komandaların meydanlarında aprelin 3-4-də, cavab görüşləri 10-11 apreldə təşkil olunacaq.
İsveçrənin Nyon şəhərində futbol üzrə Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Püşk nəticəsində cütlüklərin tərkibi belə formalaşıb:
"Leyptsiq” (Almaniya) - "Marsel” (Fransa)
"Arsenal” (İngiltərə) - MOİK (Moskva, Rusiya)
"Atletiko” (İspaniya) - "Sportinq” (Portuqaliya)
"Latsio” (İtaliya) - "Zalsburq” (Avstriya)
Qeyd edək ki, ilk oyunlar aprelin 5-i, cavab qarşılaşmaları isə aprelin 12-si olacaq. İlk qarşılaşmalar adları birinci göstərilən komandaların meydanlarında keçiriləcək.