
Türkiyəli hakim Cüneyt Çakıra qadağa qoyulub.
"Qafqazinfo” fanatik.com-a istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının final matçına təyinat alan hakimə mətbuata müsahibə verməyi qadağan edib.
Təyinatdan sonra Çakır çoxlu sayda təbrik mesajı alıb, telefon vasitəsi ilə mətbuat orqanlarına müsahibə verib.
UEFA rəsmiləri Türkiyə Futbol Federasiyasına (TFF) məktub ünvanlayıb, qadağasını bildirib. Cüneyt Çakır bütün media orqanlarına verəcəyi müsahibələri ləğv etmək məcburiyyətində qalıb.