Bu oyunlar bəzi komandalar üçün həlledici xarakter daşıyıb.
Belə ki, 1/8 finala vəsiqə üçün 1 xal belə lazım olan B qrupunun lideri "Real” istəyinə çatıb. "Liverpul”u qəbul edən madridlilər 1:0 hesabı ilə qalib gəlib. Qrupun digər matçında "Bazel” "Ludoqorets”ı darmadağın edib – 4:0.
C qrupunda isə "Benfika”nın Çempionlar Liqası taleyinə aydınlıq gələ bilərdi. Lakin portuqaliyalılar "Monako”nu minimal hesabla (1:0) üstələməyi bacarıb.
Bayer” isə Sankt-Peterburqda "Zenit”i 1:2 hesabı ilə məğlub edib.
D qrupunda isə "Borussiya” 1/8 finala çıxıb. Dortmund klubu evdə "Qalatasaray”a yenə qalib gəlməyi bacarıb. Bununla da "Cim-Bom” ÇL-də növbəti mərhələyə keçmə şansını itirib.
"Arsenal” isə doğma publika önündə "Anderlext”in müqaviməti ilə üzləşib. Hərəyə 3 qol vuran komandalar meydanda sülh bağlayıb.


"Yuventus" - "Olimpiakos” - 3:2
"Malmö” - "Atletiko” - 0:2
"Real” - "Liverpul” - 1:0
"Bazel” - "Ludoqorets” - 4:0
"Zenit” - "Bayer” - 1:2
"Benfika” - "Monako” - 1:0
"Arsenal” - "Anderlext” - 3:3
"Borussiya” - "Qalatasaray” - 4:1

.