
Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına bu gecə keçirilmiş 2 oyunla yekun vurulub.
"Şaxtyor" Ukraynanın Xarkov şəhərində qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olmuş İtaliya "Roma"sını qəbul edib.
İlk yarıda qonaqların türk futbolçusu Cengiz Ünder hesabı açsa da, fasilədən sonra meydan sahibləri 2 qol vuraraq, qələbəyə nail olublar.
Günün digər matçında isə İspaniya və İngiltərə klublarının dueli baş tutub. "Sevilya" doğma azarkeşlər önündə "Mançester Yunayted" ilə üz-üzə gəlib. Görüş qolsuz başa çatıb.
Qeyd edək ki, 1/8 final mərhələsinin əvvəlki qarşılaşmalarında "Yuventus" İtaliyada İngiltərə "Tottenhem"i ilə 2:2, "Çelsi" İngiltərədə İspaniya "Barselona"sı ilə 1:1 hesablı heç-heçə edib. "Real Madrid" İspaniyada Fransa PSJ-sini 3:1, İngiltərənin "Mançester Siti" klubu İsveçrədə "Bazel"i 4:0, "Liverpul" Portuqaliyada "Sportinq"i, "Bavariya" Almaniyada Türkiyə "Beşiktaş"ını 5:0 hesabı ilə yenib. Cavab görüşləri 6-7 mart və 13-14 martda keçiriləcək.
Çempionlar Liqası
1/8 final, ilk oyunlar
"Sevilya" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) 0:0
"Şaxtyor" (Ukrayna) - "Roma" (İtaliya) 2:1
Qol: Fakundo Ferreyra, 52. Fred, 71 - Cengiz Under, 41
.