Milli Şuranın lideri, birləşmiş müxalifətin prezidentliyə keçmiş namizədi Cəmil Həsənlinin noyabrın 12-də ABŞ-a səfəri başlayıb. Bu barədə C.Həsənlinin rəsmi İnternet səhifəsi məlumat yayıb.
Xəbərdə deyilir ki, səfər 10 gün davam edəcək. Səfər çərçivəsində C.Həsənli ABŞ rəsmiləri, ictimai qurumların nümayəndələri ilə görüşlər keçirəcək. Görüşlər zamanı Azərbaycanda keçirilən prezident seçkiləri və Milli Şura ilə bağlı müzakirələr aparılacaq.
.
