Məlum olduğu kimi, Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi, professor Cəmil Həsənli ABŞ-a səfərə çıxıb. Səfərə qardaş Türkiyədən başlayan C.Həsənli dünən Ankarada olub. Milli Şuranın mətbuat xidmətinə səfəri ilə bağlı məlumat verən Cəmil Həsənli bildirib ki, dünən Ankarada keçirilən bir konfransda iştirak edib və bu gün ABŞ-a yola düşəcək:
"Hələ ki Ankaradayam və burada ”90 yilinda Lozan ve Turkiye Cumhuriyyeti" adli Atatürk Araşdırma Mərkəzi və Ankara Hacıtəpə Universitetinin birgə keçirdiyi bir konfransda məruzəçi oldum. Eyni zamanda günortadan sonra keçirilən bir iclasa sədrlik etdim. Noyabrın 14-ü burdan Vaşinqtona uçacam".
Mətbuat xidmətindən Milli Şuranın üzvü, professor Cəmil Həsənlinin ABŞ səfəri, keçirdiyi görüşlər və qatıldığı tədbirlər barədə KİV üçün əlavə məlumatlar veriləcəyi bildirilib.
.