Demokratik Qüvvələrin Milli Şurasının sədri, tarixçi-professor Cəmil Həsənli ABŞ-a gedib.
ABŞ-ın Azərbaycan diasporundakı mənbələr "Turan"-a bildiriblər ki, C.Həsənli analitik mərkəzlərdə, Dövlət Departamentində və Senatda görüşlər keçirəcək.
C.Həsənlinin həm də Azərbaycan müxalifətinin həbsdə olan nümayəndələrinin hüquqlarını Müdafiə Komitəsinə rəhbərlik etdiyini nəzərə alsaq ehtimal etmək olar ki, görüşlərin əsas mövzularından biri Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı olacaq.
.