
Qaynar.info Türkiyə mediasına istinadən xəbər veri ki, məhşur komediya ustası 2 illliyə həbs oluna bilər.
Məlumata görə, Cem Yılmaza 2 il həbs istənilməsinə səbəb onun "Twitter" üzərindən Yalova valisi Səlim Cebiroğlu barəsində təhqiredici ifadələr səsləndirməsi iddiasıdır. Buna görə də vali Cem Yılmazı məhkəməyə verib və 2 il azadlıqdan məhrum olunmasını istəyib.
Xatırladaq ki, Vali Cebiroğlu ötən il sentyabr ayında məktəblərdən birinə ziyarəti zamanı müəllim Xəlil Sərxanla rastlaşmışdı. O, müəllimin geyimini bəyənməyərək sinifdən qovmuşdu. Daha sonra həmin müəllim vəfat etmiş və Cem Yılmaz buna görə "Twitter"də valinin ünvanına sərt ifadələr işlətmişdi