Son günlər yağan qar Cəlilabadda da bir sıra çətinliklər yaradıb.

XəzərNews.az xəbər verir ki, axşam saatlarında Cəlilabad-Yardımlı avtomobil yolunda nəqliyyat vastələrinin hərkəti tam dayanıb, yalnız səhər saatlarına doğru yolda hərkət qismən bərpa olunub. Lakin Yolun dağlıq və dağətəyi ərazilərindəki dolaylarında yolları buz bağladığı üçün gün ərzində avtomobillərin hərəkətində ciddi çətinliklər olub.

Yağıntılar ərazidəki torpaq sürüşməsini də aktivləşdirib. Dünən Cəlilabad -Yardımlı avtomobil yolunun Zəhmətabad kəndində keçən hissəsində yol yatağı çöküb, nəticədə ərazidə nəqliyyat vastələrinin hərəkətində çətinliklər yaranıb.

Qeyd edək ki, rayona yağan qarın hündürlüyü düzən ərazilərdə 10, dağlıq ərazilərdə isə 30 sm-ə çatıb. Bu gün günorta saatlarından etibarən bölgədə qarın yağması dayanıb.

.